Top.Mail.Ru

CƏMİYYƏT

Lənkəranda naməlum şəxslər tərəfindən döyülən məktəblinin son vəziyyəti AÇIQLANDI – YENİLƏNİB

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Lənkəran rayonunda məktəbli döyülməsi ilə bağlı açıqlama verib.

TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2005-ci il təvəllüdlü İ.Q. ötən gün saat 22:57 radələrində ağır kəllə-beyin travması, təpə sümüyünün sınığı, alın və üz nahiyəsinin sivrilmiş yarası ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib:

“Xəstəyə zəruri ilkin tibbi yardım göstərilib. Daha sonra pasiyent ixtisaslaşmış tibb müəssisəsinə təxliyə edilib. İ.Q tibb müəssisəsində əməliyyat edilib, hazırda süni tənəffüs aparatına qoşulu vəziyyətdədir”.

10:50

Lənkəran rayonunda məktəbli döyülüb.

Oxu.Az-ın məlumatına görə, Viyən kənd tam orta məktəbinin XI sinif şagirdi, 2006-cı il təvəllüdlü İ.Q. naməlum şəxslərin hücumuna məruz qalıb.

O, Lənkəran xəstəxanasına yerləşdirilib və vəziyyəti orta-ağır qiymətləndirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-a bildirilib ki, hadisə ilə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsinə müraciət daxil olub:

“Hazırda araşdırma aparılır. Qanunamüvafiq tədbirlərin görülməsi təmin olunub”.

İlhamə Əbülfət

Bənzər yazılar

Back to top button