Top.Mail.Ru

CƏMİYYƏT

Umayra Tağıyeva: “Hazırkı temperatur rejimi noyabr ayı üçün səciyyəvi deyil” – FOTO

“Hazırda ölkə ərazisində müşahidə olunan temperatur rejimi noyabr ayı üçün səciyyəvi deyil”.

Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, çoxillik norma göstəricilərilə müqayisədə havanın temperaturu təxminən 7 dərəcə yüksəkdir:

“Respublikanın dağlıq ərazilərində günorta saatlarında temperatur təxminən Bakı və Abşeron yarımadasında müşahidə olunan temperatura yaxındır. Dağlıq ərazilərdə havanın temperaturu 13-16, Bakı və Abşeron yarımadasında isə 16-18 dərəcə qeydə alınır”.

O bildirib ki, yaxın günlərdə havanın temperaturu dəyişəcək:

“Noyabrın 27-də axşama doğru Bakı və Abşeron yarımadasında şimal küləyi güclənəcək. Bu cür hava şəraiti noyabrın 28-i axşama kimi davam edəcək. Küləyin maksimal sürəti 20-25 m/s olacaq. Havanın temperaturu enəcək. Ayın 28-də ötən günlərlə müqayisədə havanın temperaturu 5-8 dərəcə enəcək.

Noyabrın 29-u və dekabrın ilk günlərində Bakı və Abşeron yarımadasında hava soyuq olacaq. Maksimal temperatur günorta saatlarında 7-10 dərəcəyə yaxın olacaq. Əsasən, şimal-şərq küləyi əsəcək. Bu dövr ərzində fasilələrlə hava şəraitinin yağıntılı olacağı gözlənilir”.

U.Tağıyeva əlavə edib ki, respublikanın rayonlarında noyabrın 26-da yağıntılar qeydə alınacaq:

“Yağıntıların növbəti günlərdə intensivləşəcəyi, temperaturun enəcəyi, dağlıq və dağətəyi zonada yağıntıların qar şəklində düşməsi proqnozlaşdırılır”.

İlhamə Əbülfət

Bənzər yazılar

Back to top button