Top.Mail.Ru

CƏMİYYƏT

Aynur Sabitova: “Ölkəmizdə cəsur xanımlar hüququ müdafiə təşkilatları yaradırlar”

“BMT Baş Məclisi 1999-cu ildə noyabrın 25-ni Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü elan edib”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib.

O bildirib ki, BMT hökumətlərə, beynəlxalq təşkilatlara, nüfuzlu qeyri-hökumət təşkilatlarına həmin gün ictimaiyyətin diqqətini bu problemə yönəldən tədbirlər keçirməyi təklif edib:

“Sevindirici haldır ki, BMT-nin bu təklifinə qoşulan, bu əlamətdar günü qeyd edən dövlətlər, təşkilatlar, QHT- lər artmaqdadır. Azərbaycanda da bu sahədə önəmli addımlar atılmaqdadır. Eyni zamanda ölkəmizdə bir çox cəsur xanımlarımız var ki, onlar qadın hüquqları uğrunda, zorakılığa, qadına şiddətə qarşı inadkar mübarizə aparır, hüququ müdafiə təşkilatları yaradır, silsilə etiraz aksiyaları keçirirlər. Amma bu mübarizəni, eyni zamanda, hər bir qadın həm də özü fərd olaraq aparmaqla ümumi işə öz töhfəsini verməlidır.

Azərbaycan bu sahədə də nümunəvi ölkə kimi tanınır və azadlıqları məhdudlaşdırılmış qadınların ən qısa zamanda yenidən cəmiyyətə inteqrasiyası üçün dövlətimiz əlindən gələni əsirgəmir”.

Könül Cəfərli

Bənzər yazılar

Back to top button