Top.Mail.Ru

CƏMİYYƏT

İstanbulda erməni terroru dünyaya belə çatdırılır – FOTO | Kaim

Oktyabrın 16-da İstanbulun tarixi Qalata qülləsinin qarşısında Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı törətdiyi terror aktlarının dünya ictimaiyyətinə çatdırılması məqsədilə maarifləndirici aksiya keçirilib.
Kaim.az xəbər verir ki, aksiya Azərbaycan Tələbələr və Məzunlar Platforması (ASAP) və Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən təşkil olunub.

Tədbir çərçivəsində yerli əhaliyə, eləcə də turistlərə Ermənistanın Azərbaycana qarşı uzun illər davam edən təcavüzkar siyasəti, törətdiyi soyqırımı aktları, 44 günlük Vətən müharibəsi dövründə və müharibədən əvvəl ölkəmizə qarşı edilən təxribatlar barədə məlumat verilib.
Aksiya zamanı erməni terrorunu əks etdirən broşürlər paylanıb. /Axar.az

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button