Top.Mail.Ru

CƏMİYYƏT

DTX-nin saxladığı Hacı İlqar SƏRBƏST BURAXILDI – YENİLƏNİB + VİDEO | Kaim

Tanınmış ilahiyyatçı Hacı İlqar İbrahimoğlu sərbəst buraxılıb.
Kaim.az xəbər verir ki, bu barədə özü məlumat verib.

Dünən saxlanılan İ.İbrahimoğlu şahid qismində dindirildikdən sonra gecə saatlarında sərbəst buraxılıb. O bildirib ki, xüsusi xidmət orqanında onunla çox peşəkar davranıblar və araşdırılan mövzu ilə bağlı sualları cavablandırıb.

 
***
01:34
Dövlət Təhlükəsizliyi Xidməti 5 nəfəri həbs edib.
Kaim.az-ın əldə etdiyi məlumata görə, Hacı İlqar İbrahimoğlu Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Daha sonra “Maide.az” saytının baş redaktoru Təmkin Cəfərov saxlanılıb.
Aldığımız son məlumata görə, daha 3 nəfər Hizbullahci həbs olunub.
Ümumilikdə 5 nəfər saxlanılıb:
İlqar İbrahimoğlu,
Sərdar Babayev,
Cəlal Şəfiyev,
Qadir Məmmədov
Jurnalist-Təmkin Cəfərov.
Mənbələr bildirirlər ki, hazırda Azərbaycanın xüsusi xidmət orqanları Sumqayıt, Quba, Dəvəçi və Masallı şəhərlərində təmizləmə işləri aparır.
Əlavə məlumat veriləcək.

https://konkret.az/cloud/uploads/2021/10/video_2021-10-20_00-39-36.mp4
Xuraman Etibarlı
Kaim.az

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button