Top.Mail.Ru

KRİM - XRONİKA

Lənkəranskinin daha bir yaxın adamı HƏBSDƏN ÇIXDI -FOTO

63 yaşlı gürcü qanuni oğru “Karol” ləqəbli Tariel Oniani azadlığa çıxıb.

KAİM.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, Oniani İspaniyada cəza çəkib. O, çirkli pulların yuyulmasına ittiham olunub.

T. Oniani gürcü oğru aləminin liderlərindən sayılır. O, “Ded Xasan” klanının qatı düşmənlərindən idi. Məhz bu məqam, onu azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəranski ilə yaxınlaşdırıb. İspaniya hökuməti Onianinin dərhal bu ölkədən çıxmasını tələb edib.

Hazırda onun Avropa ölkələrinin birində olduğu bildirilir.

Qeyd edək ki, bir müddət əvvəl R. Lənkəranskinin daha bir yaxın adamı kriminal aləmdə “Rufo Gəncski” kimi tanına Ülfət Tağıyev də azadlığa çıxıb.

Mənbə
KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button