Top.Mail.Ru

İDMAN

DÇ-2022-də hakim ilk dəfə qırmızı vərəqə göstərdi

Qətərdə keçirilən dünya çempionatında ilk qırmızı vərəqəni İranla qarşılaşmada Uels yığmasının qapıçısı Ueyn Hennesi alıb.

Hakim matçın 87-ci dəqiqəsində çərçivə qoruyucusuna sonuncu ümid foluna görə qırmızı vərəqə göstərib. Bu, indiki turnirdə hakimin göstərdiyi ilk qırmızı vərəqədir.

Qeyd edək ki, DÇ-nin start turu 36 il ərzində ilk dəfə olaraq qırmızı vərəqə göstərilmədən tamamlanıb. Oyun İranın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Mənbə: RBK

Bənzər yazılar

Back to top button