Top.Mail.Ru

İDMAN

Çexiyalı mütəxəssis azərbaycanlı futbol hakimlərindən laktat testi götürüb

Azərbaycan Premyer Liqasının və I Divizionun oyunlarını idarə edən hakimlərdən laktat testi götürülüb.

“Report”un məlumatına görə, test AFFA-nın Futbol akademiyasında “Complex Core” şirkəti və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTIA) Tədqiqat Laboratoriyasının iştirakı ilə aparılıb.

UEFA-nın elit hakimləri üzrə çexiyalı baş fizioterapevti Roman Jahoda və ilk dəfə ADBTIA komandasının qatıldığı “Complex Core” şirkətinin iştirakı götürülən testlər beynəlxalq standartların tələbinə uyğun həyata keçirilir.

Hakim və köməkçi-hakimlərin laktat testi ilə bədənin tərkibi və bədən yağları, habelə zədələnmənin qarşısının alınması baxımından hərəkətlilik, elastiklik, sabitlik kimi əsas gücün qabiliyyətləri və dözümlülüyü yoxlanılıb.

Qeyd edək ki, UEFA-nın müvafiq təlimatlarına uyğun şəkildə təşkil olunmuş testin götürülməsi işlərinə AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxlik rəhbərlik edib.


KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button