Top.Mail.Ru

MANŞET

Qurban Qurbanov masa üzərindəki pivə butulkasının götürülməsini istədi — Foto

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Bazel”lə matçdan sonra keçirilən mətbuat konfransında maraqlı addım atıb.

“Kainat” xəbər verir ki, o, mətbuat konfransında masanın üzərində olan pivə şüşələrinin götürülməsini istəyib.

Təcrübəli baş məşqçinin istəyi yerinə yetirilib. Qurban Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb zalı tərk etdikdən sonra isə şüşələr yenidən masanın üzərinə düzülüb.

Qeyd edək ki, qarşılaşma 0:0 hesabı ilə başa çatıb.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button