Top.Mail.Ru
CƏMİYYƏT

Yəhudi əsilli media nümayəndələri Diasporla İş üzrə Dövlət Komitəsində olub

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının sədri Lev Spivakın rəhbərlik etdiyi  yəhudi əsilli  jurnalistlərdən ibarət nümayəndə heyəti  Diasporla İş üzrə Dövlət Komitəsində olub. Komitə sədri Fuad Muradov qonaqları salamladıqdan sonra bildirib ki, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası istər 44 günlük müharibə dövründə, istərsə də ondan sonra Azərbaycanın haqlı mövqeyini daim dəstəkləyib.

KAİM.az xəbər verir ki, Azərbaycanla İsrail arasında dostluq münasibətlərinin qədim tarixi köklərə malik olduğu, yəhudi əsilli Azərbaycan vətəndaşlarının  həm Birinci, həm  də İkinci Qarabağ müharibəsində şücaət və qəhrəmanlıq göstərdiyi görüş iştirakçılarının diqqətinə çatdırılıb.

Saytların yığılması Saytların yığılması

Komitə sədri bildirib ki, tarixi Zəfərdən sonra xaricdə yaşayan azərbaycanlıların, eləcə də Azərbaycanın haqlı mövqeyini dəstəkləyən  insanların  işğaldan azad olunmuş torpaqlarımıza təşkil olunan səfərləri Azərbaycanın  haqq səsinin, həmçinin ermənilərin törətdikləri vandalizm aktlarının miqyasının  dünya ictimaiyyətinə çatdırılması baxımından olduqca əhəmiyyətlidir. Görüşdə Ermənistanın işğalçılıq siyasəti ilə  kifayətlənmədiyi, torpaqlarımızda ekoloji terror törətdiyi qonaqların diqqətinə çatdırılıb, xarici media nümayəndələrinin işğaldan azad olunmuş torpaqlara  səfərlərinin xüsusi önəm kəsb etdiyi vurğulanıb.

Qonaqlar  Dövlət Komitəsinin sədrinə  təşəkkür edərək Azərbaycanda olduqları üçün məmnunluq hissi keçirdiklərini və gələcəkdə də Komitə ilə  əməkdaşlığı davam etdirməkdə  maraqlı olduqlarını bildiriblər.

Daha sonra Azərbaycan və İsrail diasporunun  fəaliyyəti, əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılıb.

Sonda qonaqlara sertifikat və hədiyyələr təqdim olunub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir