Top.Mail.Ru

ƏYALƏT

İsmayıllı təhsilinin növbəti uğuru – FOTOLAR

Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya fənləri üzrə keçirilən fənn olimpiadalarının respublika mərhələsinin final turunun nəticələri elan edilib.

Belə ki, aşağı yaş qrupu üzrə 1-3-cü və 3-cü yerlə eyni nəticəni göstərən şagirdlər qızıl, 4-8-ci və 8-ci yerlə eyni nəticəni göstərən şagirdlər gümüş, 9-15-ci və 15-ci yerlə eyni nəticəni göstərən şagirdlər bürünc medal, yuxarı yaş qrupu üzrə isə 1-5-ci və 5-ci yerlə eyni nəticəni göstərən şagirdlər qızıl, 6-15-ci və 15-ci yerlə eyni nəticəni göstərən şagirdlər gümüş, 16-30-cu və 30-cu yerlə eyni nəticəni göstərən şagirdlər isə bürünc medal qazanıblar.

Medal qazanan məktəblilər arasında İsmayıllı məktəblərinin şagirdləri də var.

Loading...
Yazının davamı reklamdan sonra

Lahıc qəsəbə tam orta məktəbinin XI sinif şagirdi Əbülfəz Səfərli Coğrafiya fənni üzrə qızıl medal;

Lahıc qəsəbə tam orta məktəbinin IX sinif şagirdi Zeynəb Abbasova Azərbaycan dili və ədəbiyyat fənni üzrə qızıl medal;

Diyallı kənd tam orta məktəbinin XI sinif şagirdi Elşən Qəniyev Azərbaycan dili və ədəbiyyat fənni üzrə gümüş medal;

İsmayıllı şəhər A. Aslanov adına 2 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Ziya Muradov tarix fənni üzrə gümüş medal;

Cülyan kənd tam orta məktəbin XI sinif şagirdi Lalə Qədirova Azərbaycan dili və ədəbiyyatı fənni üzrə gümüş medal;

E.Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin XI sinif şagirdi Lamiyə Namazova Coğrafiya fənni üzrə bürünc medal;

Q. Məmmədov adına Ruşan kənd tam orta məktəbinin IX sinif şagirdi Rəvan Xasiyev tarix fənni üzrə bürünc medal.

Fənn olimpiadalarının qalibi olmuş şagirdləri təbrik edirik!

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button