Top.Mail.Ru

ƏYALƏT

Nahid Bağırov İsmayıllının Qalacıq kəndində Qalacıq və Çəmənli kəndlərinin vətəndaşları ilə səyyar görüş keçirib

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov İsmayıllının Qalacıq kəndində Qalacıq və Çəmənli kəndlərinin vətəndaşları ilə səyyar görüş keçirib. Səyyar görüşdə RİH-nin məsul əməkdaşları, hüquq-mühafizə orqanları, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərləri iştirak ediblər.

KAİM.az xəbər verir ki, görüşdə vətəndaşlar tərəfindən kənddə qaz və enerji təchizatının yaxşılaşdırılması, torpaq məsələləri, Qalacıq məktəbinin istilik sisteminin yenidən qurulması, kənddə uşaq baxçasının tikilməsi, xalçaçılıq sənətinin inkişaf etdirilməsi məqsədilə kənddə olan köhnə xalça sexinin təmir olunaraq yenidən istifadəyə verilməsi, həmçinin bir sıra yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.

Vətəndaşların müraciətləri nəzarətə götürülüb və onların həlli ilə bağlı rayon rəhbəri tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Loading...
Yazının davamı reklamdan sonra

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button