Top.Mail.Ru

ƏYALƏT

İsmayıllı rayonunun kəndlərində səyyar görüşlər davam edir – FOTOLAR

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov növbəti dəfə vətəndaşlarla səyyar görüş keçirib. Görüş Mollaisaqlı kəndində kənd tam orta məktəbinin inzibati binasında keçirilib. Səyyar görüşdə RİH-nin məsul əməkdaşları, hüquq-mühafizə orqanları, aidiyyəti idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Görüşdə vətəndaşlar tərəfindən kənddə içməli su və enerji təchizatının yaxşılaşdırılması, yeni iş yerlərinin açılması, torpaq məsələləri həmçinin bir sıra yerli əhəmiyyətli məsələlərin həlli qaldırılıb.

Vətəndaşların müraciətləri nəzarətə götürülüb və onların həlli ilə bağlı rayon rəhbəri tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Loading...
Yazının davamı reklamdan sonra

Qeyd edək ki, vətəndaşlarla səyyar görüşlər bundan sonra da mütəmadi olaraq keçiriləcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button