Top.Mail.Ru

ƏYALƏT

Şamaxıda türkdilli ölkələrin turizm nazirlərinin toplantısı keçirilir

Bu gün Şamaxı şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin turizm nazirlərinin 7-ci toplantısı işə başlayıb.

KAİM.az xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan və Macarıstanın turizm nazirləri və TDT-in baş katibi Bağdad Amreyev iştirak edir.

Toplantını giriş sözü ilə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev açıb. O, bildirib ki, koronavirus (COVID-19) pandemiyası Azərbaycanın turizm sektoruna mənfi təsir edib, bununla belə, bərpa prosesi başlayıb:

Loading...
Yazının davamı reklamdan sonra

“Bu ilin 4 ayında ölkəmizə gələn turistlərin sayı ötən ilin eyni dövrünə nisbətən 103% artıb”.

Bundan başqa, onun sözlərinə görə, Ermənistan uzun illər işğal altında saxladığı Azərbaycan torpaqlarında mədəni-tarixi abidələri dağıdıb, vandalizmə məruz qoyub:

“Qarabağ işğaldan azad edildikdən sonra burada bərpa işləri başlayıb. Paralel olaraq işğaldan azad edilmiş ərazilərin turizm potensialı araşdırılır. Əminəm ki, Qarabağ tezliklə turistlərin ən çox səfər edəcəyi destinasiya olacaq”.

Bugünkü toplantı çərçivəsində ötən gün Şamaxıda TDT-nin turizm üzrə İşçi Qrupunun 17-ci iclası keçirilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button