Top.Mail.Ru

ƏYALƏT

“Azəriqaz”dan Gəncədə baş verən partlayışla bağlı AÇIQLAMA

“Azəriqaz” İstehsalat Birliyi Gəncə şəhəri 5-ci mikrorayonda yerləşən binaların birində baş verən partlayışla bağlı mövqeyini bildirib.

KAİM.az xəbər verir ki, “Azəriqaz”ın İctimayyətlə əlaqələr şöbəsinin müdiri Eldəniz Vəliyev bununla bağlı öz “Facebook” səhifəsində açıqlama verib:

“Məlumata görə, səbəblər araşdırılmadan, ortada rəsmi mövqe olmadan hadisənin guya qaz sızması nəticəsində baş verdiyi barədə bəzi saytlarda xəbərlər dolaşır. Diqqətinizə çatdırıram ki, bu ilin fevral ayının 7-də, hadisənin baş verdiyi binada Birliyin əməkdaşları tərəfindən təhlükəsizliklə bağlı təlimatlandırma prosesi icra olunub və partlayışda dünyasını dəyişən şəxsin təlimat jurnalında imzası da mövcuddur. Digər yerlərdə olduğu kimi, sözügedən binada da sızma halları daim diqqət mərkəzində olub. Odur ki, dəyərli həmkarlarımı bütün bunları nəzərə almağa və rəsmi açıqlamanı gözləməyə çağırıram. Ola bilər ki, rəsmi cavabda hansı hallardasa qaz adı keçər, hətta birbaşa keçər. Amma icazə verin, bu, istintaqın nəticəsində gəlinən qənaət olsun”.

Loading...
Yazının davamı reklamdan sonra

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button