Top.Mail.Ru

ƏYALƏT

TƏCİLİ! Ermənilərin planı alt-üst OLDU – Qarabağdakı bu ərazilər sürətli şəkildə…

Ərazilərin minalanması olduqca asan olsa da, təmizlənmə məsələsi çətin və bahalıdır. Hətta burada minaların real qiyməti də daxil olmaqla, onun təmizlənməsi yüz qat baha başa gələn bir işdir. Ona görə də bu, uzunmüdətli bir dövrü əhatə edə bilər. Burada təmizlənmə prosesini sürətləndirəcək amil dəqiq mina xəritələrinin olmasıdır. Bu olmadığı halda texniki imkanlardan yararlanmaqla sürətli şəkildə ərazilərin minalardan təmizlənməsinə nail olmaq olar.

Bunu Teleqraf.com-a ehtiyyatda olan polkovnik Şair Ramaldanov deyib.

Onun fikrincə, beynəlxalq konvensiyalara əsasən müharibədən sonra hər iki tərəf mina sahələrinin xəritələri təqdim etməli, hətta əraziləri təmizləyib təhvil verməlidir:

Loading...
Yazının davamı reklamdan sonra

“Belə müddəalar mövcuddur. Çünki hər bir tərəf özü basdırdığı minaların yerini daha dəqiq bilir. Real praktikada isə hələ ki, belə hala rast gəlinməyib. Bu baxımdan Azərbaycanın işğaldan azad etdiyi ərazilərdəki minaların təhlükəsi uzun müddət davam edə bilər. çünki 30 il ərzində ərazilər minalanıb”.

Hərbi ekspert hesab edir ki, ermənilərin basdırdığı minaların dəqiq xəritəsinin olmaması ordudakı xaotiklikdən də asılıdır:

 

“Burada əsgərlərə minalar verilib 10 addım qabağa, bir addım sağa olan üsulu ilə minalar basdırılıb. Mütəxəssis isə minaların xəritəsini tətbiq edərkən lazım olur. Bu baxımdan uzun müddət mina təhlükəsi real olacaq. 1945-ci ildə İkinci Dünya müharibəsi başa çatsa da, hələ də o dövrdən qalma partlamamış döyüş sursatları və s qalır. Ona görə də mina xəritələrinə ümid etmək olmaz. Çünki təqdim edilən mina xəritələrinin həqiqiliyi 25 faizdən artıq deyil”.

Şair Ramaldanova görə, Azərbaycan öz imkanları ilə əraziləri minalardan təmizləyir:

“Bu işdə Türkiyə heyəti bizə yaxından kömək edir. Amma ərazilər həddən artıq minalarla doludur və coğrafi relyefin dağlıq və meşəlik olması da prosesi çətinləşdirir. Sözsüz ki, ən sıx minalanmış ərazilərimiz keçmiş cəbhə xəttinin Ağdam istiqamətidir. Füzuli və Cəbrayıl rayonları istiqamətində də ermənilərin əraziləri sıx minaladığı məlum idi. Çünki keçmiş təmas xəttindən 5 km-lik dərinliyə qədər mina sahələri olub. 5 km-lik məsafədən sonra sıx minalanmış ərazilərin olması o qədər də mümkün deyil. Sürətli geri çəkilən düşmən sıx mina təhlükəsi yarada bilməzdi. Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın adı ilə “Ohanyan xətti” adlanan “müdafiə istehkamı” qurmuşdular. Bu xətdə Ağdam istiqaməti daha çox minalanmış ərazi idi. Çünki onlar gözləyirdi ki, Azərbaycan Ağdam istiqamətindən Xankədiyə doğru hərəkət edə bilər. Amma Azərbaycanın hərbi manevr imkanları onların “bu planlarını” alt-üst etdi. Bu da düşmən üçün gözlənilməz oldu”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button