Top.Mail.Ru

ƏYALƏT

TƏCİLİ! Ordumuz Xankəndini mühasirəyə ALDI – Ali Baş Komandanın bir əmri ilə…

“Hazırda Qarabağda Azərbaycan Ordusunun anti-terror əməliyyatları üçün çox əlverişli zamandır. İpə-sapa yatmayan separatçı quldur dəstələrinə dərs verməyin vaxtı çatıb. Üstəlik, Rusiya hələ uzun müddət Ukrayna bataqlığından başını çıxara bilməyəcək. Üstəlik, şimal qonşumuz müharibədən zəif və taqətdən düşmüş halda çıxacaq. Erməni tərəfində isə Azərbaycana qarşı radikal çağırışlar güclənib. Erməni revanşistlər deyirlər ki, Şuşanı da, Hadrutu da “geri qaytaracağıq”. Bu cür təhrikçi şüarlarla Azərbaycanı daha sərt addımlar atmağa vadar edirlər”.

Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq bildirib ki, onsuz da bizim həm dağ-komando qoşunlarımız, həm xüsusi təyinatlarımız, eləcə də desant qoşunlarımız Xankəndi ətrafını üzük qaşı kimi mühasirəyə alıblar:

Loading...
Yazının davamı reklamdan sonra

“Ali Baş Komandanımızın bircə əmri yetərlidir ki, bu ərazilərdə anti-terror əməliyyatlarına başlanılsın. Bu əməliyyatın keçirilməsi üçün ilk olaraq ruslarla danışmaq lazımdır. Ən azından Qarabağda müvəqqəti yerləşdirilmiş rusiyalı sülhməramlılarla danışıqlar aparmaq lazım gələcək. Azərbaycan Ordusu separatçı quldurlara qarşı əməliyyatlar apararkən ruslara qarşı hər hansı pis niyyət nümayiş etdirməyəcək. Onların sakitliyi, özlərini normal aparmaları yetər ki, bu əməliyyatlar qısa və sürətli bir formada bizim tərəfimizdən uğurla gerçəkləşdirilsin”.

Qabil Hüseynli düşünür ki, Ermənistanda və Qarabağın dağlıq hissəsindəki bəzi qüvvələr sülhyaratma prosesində əngəllər yaratmağa başlayıblar:

“Bilavasitə Rusiyanın həm siyasi rəhbərliyi, həm də hakimiyyətin müxtəlif qanadları tərəfindən bu əngəllər açıq-aşkar şəkildə özünü büruzə verir. Bu günlərdə Rusiya Dövlət Dumasının MDB dövlətləri üzrə komitə sədrinin müavini Konstantin Zatulin İrəvana getmişdi. Zatulin İrəvanda erməniləri qızışdıracaq bəyanatlar səsləndirdi. Qarabağ məsələsi ilə bağlı həddən artıq təxribatçı fikirlər söylədi. Bildirdi ki, hələ də “Qarabağ problemi” həll olunmayıb. Beləliklə, Rusiyanın müəyyən siyasi xadimləri öz ritorikalarını dəyişiblər. Bizim mövqeyimizi nəzərə almadan açıqlamalar verirlər. Əvvəllər İrəvana gedəcəkləri halda Bakıya da baş çəkərdilər. İndi ancaq İrəvana gedirlər. Doğrusu, onların bu addımlarını başa düşməkdə çətinlik çəkirəm”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button