Top.Mail.Ru

ƏYALƏT

“Azərsu” ASC əməkdaşları Tərtərdə YOLU KƏSDİ – Sakinlərdən KÜTLƏVİ ETİRAZ

“Azərsu” ASC-nin Tərtər rayon şöbəsinin əməkdaşlarının yaramaz fəaliyyəti Düyərli kəndində sakinlərinin kütləvi narazılığına səbəb olub.

KAİM.az-ın əldə etdiyi məlumata görə, kənd ərazisində yerləşən kanalın qırağında qazıntı işlərinin aparılması nəticəsində yol kəsilib və ətrafı su basıb. Əraziyə gətirilən boru isə istifadə edilməyib və yaranan narazılığın aradan qaldırılması istiqamətində rəsmi qurumlar tərəfindən heç bir addım atılmayıb.

Məsul dövlət qurumlarına müraciət edən sakinlər məsuliyyətsiz davranışlara məruz qalıblar.

Loading...
Yazının davamı reklamdan sonra

Belə ki, rayonun kanal idarəsindən verilən cavabda problemin “Azərsu” ASC əməkdaşları tərəfindən yaradıldığı bildirilib. Daha sonra, sakinlərə narazılığın aradan qaldırılması üçün işlərin görüləcəyi barədə söz verilsə də tutulmayıb.

Təəssüf ki, göz önündə olan qanundankənar vəziyyət, sakinlərə yararsız xidmət, ekologiya və insan sağlamlığına zərərin verilməsi, əraziyə aparan tək yolun idarə məsuliyyətsizliyi nəticəsində bağlanması bizə su yaxud kanal idarəsinin fəaliyyəti haqqında nikbin yazmağa imkan tanımadı.

Ümid edirik ki, qısa zamanda problemin operativ həlli üçün atılan addımları saytımızda dərc edəcəyik.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button