Top.Mail.Ru

ƏYALƏT

“Min bir gecə” 2 pərdəli balet Gəncədə nümayiş olunub – FOTO

 

KAİM.az xəbər verir ki, tamaşada Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Musiqi sektorunun müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, millət vəkili Müşfiq Cəfərov, Türkiyə Cümhuriyyətinin Gəncədəki baş konsulu Zeki Öztürk, mədəniyyət işçiləri, şəhər ziyalıları və sakinləri iştirak edib.

Fikrət Əmirovun “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanmış 2 pərdəli baletin Libretto müəllifləri Əməkdar İncəsənət xadimi, SSRİ Dövlət mükafatı laureatı Nailə Nəzirova, Maqsud və Rüstəm İbrahimbəyovlar, truppanın bədii rəhbəri, Xalq artisti, “Zirvə”, “Qızıl Dərviş” və “Humay” mükafatları laureatı Kamilla Hüseynova, quruluşçu rəssam, Xalq rəssamı, SSRİ Dövlət mükafatı laureatı Toğrul Nərimanbəyov, geyim üzrə rəssam, Xalq artisti Tahir Tahirov, tamaşanı idarə edir Əməkdar artist Yuri Lobaçev.

Loading...
Yazının davamı reklamdan sonra

Tamaşada əsas partiyaları Əməkdar artistlər Anar Mikayılov (Şəhriyar), Nigar İbrahimova (Şəhrizad) və Cəmilə Kərimova (Nuridə) ifa edib. Digər rollarda isə balet truppasının aparıcı solistləri Seymur Qədiyev (Nuridənin sevimli qulu), Ayan Eyvazova (Gözəl Budur), Timur Oduşev (Ələddin), İslam Məmmədov (Quldurbaşı), Dinara Şirinova (Qız), Liana Mirabdullayeva (Mərcanə), İntiqam Məmmədov (Rux quşu) və başqaları çıxış edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button