Top.Mail.Ru

ƏYALƏT

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Gəncədə “Şuşa ili” çərçivəsində konserti keçirilib – FOTO

21 iyun 2022-ci il tarixində F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Gəncə Şəhər İcra Hakimiyyətinin, Gəncə Regional Mədəniyyət İdarəsinin, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının dəstəyi ilə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Şuşa ili”nə həsr olunmuş “Şuşa biz gəldik” adlı konserti keçirilib.

KAİM.az xəbər verir ki, öncə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Musiqi sektorunun müdiri Vüqar Hümbətov çıxış edib

Loading...
Yazının davamı reklamdan sonra

Konsertdə Qarabağ müharibəsi iştirakçılarının, şəhid ailələrinin övladları, Gəncə SOS uşaq kəndinin və Gəncə Uşaq Evinin sakinləri də iştirak edib.

Sonra Azərbaycan Dövlət Uşaq Filarmoniyasının hazırladığı “Şuşa biz gəldik” adlı konsert proqramı təqdim olunub.

Konsertdə Azərbaycan və dünya ölkə bəstəkarlarının musiqiləri, müxtəlif rəqslər ifa olunub.
Konsertin sonunda Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru Dilarə Əliyevaya Regional idarənin Təşəkkürnaməsini təqdim edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button