Top.Mail.Ru

ƏYALƏT

Şamaxıda ümumi uzunluğu 13 kilometr olan 18 küçənin təmirinə başlanıb – VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Şamaxıda 18 küçədə təmir işlərinə başlayıb.

KAİM.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, küçələrin ümumi uzunluğu 13 kilometrdir. Təmir işlərinin aparıldığı sahə 73 587 kvadratmetrdir.

Loading...
Yazının davamı reklamdan sonra

Təmir-tikinti işləri zamanı küçə və yollarda köhnə örtük sökülür, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılır və əks dolğu işləri aparılmaqla yeni yol yatağı, optimal qırmadaş və qum-çınqıl qarışığından yeni yol əsası inşa olunur. Sadalanan işlərin ardınca iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır.

Xatırladaq ki, 2021-ci il ərzində Şamaxı şəhəri ərazisində ümumi uzunluğu 27 km olan 44 adda prospekt və küçədə agentlik tərəfindən təmir-tikinti işləri həyata keçirilib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button