Top.Mail.Ru
bannerƏYALƏT

Özünə ad günü keçirib qızıl bəxşişlər alan, 187 saylı məktəbin direktoru xüsusi karantin rejmini belə pozdu- VİDEO

Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova ölkə üzrə tətbiq olunan xüsusi karantin rejiminin tələblərini pozaraq ad günü küçirib.
KAİM.az bildirir ki, bu barədə videogörüntü sosial şəbəkələrə yayılıb.
Məsələ barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq.
Qurumdan sorğuya cavab olaraq bildirilib ki, Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova ölkə üzrə tətbiq olunan xüsusi karantin rejiminin tələblərini pozması səbəbilə intizam məsuliyyətinə cəlb edilib:
“Ona Təhsil nazirinin əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib”. (Oxu.Az)

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button