Top.Mail.Ru

ƏYALƏT

Neftçalanın 4 kəndinin elektrik şəbəkəsi yenidən qurulur

“Azərişıq” ASC Neftçala rayonunun Qaraqaşlı, Beştalı, Cəngan və Ərəbqardaşbəyli kəndlərinin elektrik şəbəkəsini yenidən qurur.

KAİM.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, ötən əsrin 60-cı illərindən istismarda olan 4 kəndin elektrik şəbəkəsi tamamilə yenidən, müasir formada qurulacaq, kəndlər keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz olunacaq.

Loading...
Yazının davamı reklamdan sonra

Bu kəndlərdən başqa, rayonun Mayak-1, Qırmızı Şəfəq və Yenikənd kəndlərində də tezliklə işlərə start veriləcək.

Xatırladaq ki, investisiya layihəsi regionlarda 100-dən çox kəndi əhatə edir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button