Top.Mail.Ru

ƏYALƏT

SON DƏQİQƏ! Əhaliyə Xocalıdan YENİ XƏBƏR – Ermənilərdən növbəti TƏXRİBAT

Azərbaycan dövlətinin və ordusunun gördüyü bütün sərt tədbirlərə baxmayaraq, qondarma “dqr”-ın 31-ci ildönümünü qeyd edən separatçı-terrorçu rejim Rusiya və Qərbdəki havadarlarının yaxından köməyilə torpaqlarımızda qanunsuz məskunlaşdırmanı davam etdirir.

KAİM.az “moderator.az”-a istinadla xəbər verir ki, dünən Xocalı rayonunun müvəqqəti olaraq Rusiyanın “sülhməramlı” hərbi kontingentinin nəzarətində qalmış, ermənilərin “Astxaşen” adlandırdığı Daşbulaq kəndi ərazisində 95 köçkün hay ailəsinə yeni evlərin açarları təqdim edilib.

Bu barədə Xankəndindəki separatçı nəşrlər məlumat yayıb.

Loading...
Yazının davamı reklamdan sonra

Məlumatda deyilir ki, Daşbulaq ərazisində 2021-ci ilin yazından bəri tikilən ümumilikdə 136 ev 2020-ci ilin 44 günlük savaşında Azərbaycan ordusu tərəfindən azad edilmiş Xocalı rayonunun Sığnaq, Moşhmaat, Mədətkənd və Dəmirçilər kəndlərindən könüllü köçmüş ermənilər üçün nəzərdə tutulub.

Xocalı rayonu ərazisində ermənilər üçün evlərin inşasını “Hayastan” Ümumerməni Fondu maliyələşdirib.

P.S.

Fotoşəkillərdə Xocalı ərazisində təzə ev verilən hayk ailələrinin sayı şübhə doğurur. Doğrudan da evlər paylanır, amma onların sayı şişirdilir. Yəqin müvafiq dövlət qurumlarımız üçün bunu dəqiqləşdirmək çətin olmaz…

Bənzər yazılar

Back to top button