Top.Mail.Ru
ƏYALƏT

SON DƏQİQƏ! Sülhməramlılardan seperatçılarla birgə TƏXRİBAT – Xocalı rayonunun daha iki kəndi…

Rusiyanın rəsmən “sülhməramlı” adlanan hərbi kontingenti Qarabağdakı separatçı-terrorçu rejimin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı qanunsuz və təxribatçı əməllərinə dəstək verməkdə davam edir.

Hayklar  Azərbaycan hökumətinin rəsmi icazəsi olmadan Xocalı rayonunun daha iki kəndini Xankəndinə gedən yolla birləşdirən yolun çəkilişinə başlayıb.

 

Moderator.az xəbər verir ki, Xocalı rayonunun Dəhraz və “Sarnaxbyur” adlandırılmış Ağbulaq kəndlərini Naxçıvanlı-Xankəndi yoluna birləşdirəcək 11 kilometrlik yolun çəkilişi davam edir.

Belə ki, 2020-ci ilin 44 günlük savaşından öncə başlanmış  və o zaman dayandırılmış yolun çəkilişi bərpa edilib.  Azərbaycanın müvafiq qurumlarının rəsmi icazəsi olmadan, ərazimizdəki meşələrin, otlaqların sıradan çıxarılması, yəni ekeologiyamıza ziyan vurulması ilə müşayiət olunan qanunsuz yol çəkilişinin “təhlükəsizliyinə” məhz Rusiya hərbçiləri nəzarət edir…

Xatırladaq ki, bu günlərdə separatçı rejimin Naxçıvanlı kəndindən işğal altındakı Xankəndi şəhərinə yeni yol çəkməsi haqda da məlumat vermişdik(bax: //moderator.az/az/ekskluziv/548929/rusiya-herbcileri-qarabada-yeni-qanunsuz-yolun-cekilisine-nezaret-edirler-fotolar/).

Bənzər yazılar