Top.Mail.Ru

ƏYALƏT

İsmayıllıda daha bir Vətən müharibəsi qazisi işlə təmin olunub – FOTO

Azərbaycanda son 30 ildə olduğu kimi Vətən müharibəsindən sonrakı dövrdə də ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçılarına dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların qayğıları ilə yaxından maraqlanır, onların problemlərinin aradan qaldırılması üçün mütəmadi tədbirlər həyata keçirilir.
İsmayıllı RİH başçısı Nahid Bağırov da daim şəhid ailələrini və müharibə iştirakçılarını diqqətdə saxlayır, onların işlə təmin olunmasına köməklik göstərir. Bu gün daha bir Vətən müharibəsi qazisi işlə təmin olunub. Qazi Məmmədov Hasil Əsgər oğlu RİH-nin başçısının Sərəncamı ilə dövlət qulluğuna qəbul edilərək Qoşəkənd kənd İƏD üzrə nümayəndəliyində işlə təmin olunub.
Rayon rəhbəri Nahid Bağırov qazi Hasil Məmmədovla rayon icra hakimiyyətində görüşərək onu təbrik edib, işində məsuliyyətli olacağına, vəzifə öhdəliklərini düzgün şəkildə icra edəcəyinə inandığını bildirib.
Vətən müharibəsi qazisi Hasil Məmmədov ona göstərilən etimada görə rayon rəhbərinə minnətdarlığını ifadə edib.
Məlumat üçün bildirək ki, Hasil Məmmədov Heydər Əliyev Fondu tərəfindən əməliyyat olunaraq qaraciyər transplantiyası olunub.
O, Vətən müharibəsində Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib. Noyabrın 8-də Xocavənd rayonu Üçtəpə adlı ərazidə gedən döyüşlərdə mərmi partlaması nəticəsində boyun nahiyəsindən qəlpə yarası alıb. Azərbaycan Respublikasının Sərəncamları ilə “Cəsur döyüşçü”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Bənzər yazılar

Back to top button