Top.Mail.Ru
ƏYALƏT

Ağsuda məktəb direktoru haqda ŞOK İDDİA-Şəhid ailələri və Qarabağ qazilərinin adından pul yığılır

Ağsuda şəhid ailələri və Qarabağ qazilərinin adından pul yığılır. Bu barədə Gözətçi portalına adının çəkilməsini istəməyən şikayətçi məlumat verib.

Şikayətçi deyir ki, Ağsu şəhər 3 saylı tam orta məktəbin direktoru Leyla Rüstəmzadə şəhid ailələri və Qarabağ qazilərinin adından məktəbin müəllimlərdən pul yığıb. Yığılan pulun bir qismini isə özü mənimsəyib.

Məktəb direktoru haqqında olan digər şikayət isə məktəbdə dərs bölgüsü ilə bağlıdır. Şikayətçi bildirilir ki, Leyla Rüstəmzadə fiziki-tərbiyə dərslərini hərbi təlim müəllimi Zamiq Kərimova yönləndirir.

“Halbuki, hərbi təlim müəllimi yalnız hərbiyə dair dərsləri tədris etməlidir”, deyə şikayətçi qeyd edib.

Şikayətçi Leyla Rüstəmzadənin Zamiq Kərimovun anası ilə rəfiqə olduğunu da qeyd edib: “Elə ona görə də fiziki-tərbiyə dərslərinin hamısını rəfiqəsinin oğluna yönləndirir.”

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button