Top.Mail.Ru

ƏYALƏT

Azərbaycanda bu orta məktəbin fəaliyyəti dayandı – SƏBƏBİ AÇIQLANDI

Gəncə şəhərində 46 saylı orta məktəb bağlanıb.

Bu barədə KONKRET.azın Gəncə-Qazax bürosuna Gəncə şəhər Təhsil İdarəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, məktəbin fəaliyyəti Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə dayandırılıb.

Belə ki, ərazidə yeni sosial evlərin, o cümlədən 28 saylı orta məktəb üçün 1170 yerlik yeni binanın tikilməsi ilə əlaqədar fəaliyyəti dayanan 46 saylı orta məktəbin 154 şagirdi və bir qisim müəllim kontingenti bu məktəbə köçürülüb.

Pedaqoq heyətinin digər üzvləri Gəncənin başqa orta məktəblərində işlə təmin edilib.

Kainat.tv

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button