Top.Mail.Ru
ƏYALƏT

20 Yanvar qırğınının 34-cü ili – Xalq Şəhidlər Xiyabanına axın edir – Foto

20 Yanvar Azərbaycanın həm qanlı, həm də şərəfli tarixidir.

Bu tarixin üzərindən 34 il keçməsinə baxmayaraq, bu gün də səhər saatlarından başlayaraq, minlərlə insan Şəhidlər Xiyabanına axın edir, vətənimizin azadlıq mübarizəsində şəhid olan qəhrəmanlarının xatirəsini anır. Ziyarətçilərin arasında sadə vətəndaşlarla yanaşı rəsmi qurumların, nazirliklərin, vətəndaş cəmiyyətlərinin, siyasi partiyaların üzvləri də var.

Saytların yığılması Saytların yığılması

Qeyd edək ki, prezident İlham Əliyev səhər saatlarında Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin xatirəsini yad edərək, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Artıq 4 ildir ki, 20 Yanvar şəhidlərini bir başqa yad edirik. 2020 və 2023-cü illərdə Azərbaycan öz ərazilərini işğaldan azad edib, ərazi bütövlüyünü, dövlət suverenliyini tam təmin edib. Bu baxımdan deyə bilərik ki, 20 Yanvar şəhidlərinin qanı yerdə qalmayıb. Bu gün onların ruhu şaddır.

Bənzər yazılar