
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 28-də “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” sərəncam imzalayıb.
Bəs, cəzaçəkmə müəssisələrində məhbusların səfərbərliyə cəlb edilmək ehtimalı varmı?
Bununla bağlı Redaktor.az-a danışan hüquqşünas Əhməd Şahidov bildirib ki, hazırda Azərbaycanda qismən səfərbərlikdi. Bu o deməkdir ki, hələ müəyyən qrup ehtiyatda olan hərbiçilər, zabitlər çağırılır:
“Azərbaycanda hazırda tam səfərbərliyə ehtiyac yoxdur. Ordumuzun kifayət qədər hərbi resursu və potensialı var.
Qeyd etdiyiniz məsələ növbəti mərhələlərdə baş verə bilər. Nəzərdə tutulur ki, artıq ağır müharibə şəraitində cəzaçəkmə müəssisələrindəki məhbusların yaş və sağlamlığı imkan verirsə, səfərbərliyə cəlb olunsun. Amma səfərbərliyin bir neçə mərhələsi var, ondan sonra bu mərhələ həm nəzəri, həm də praktiki cəhətdən mümkündür və qanunvericiliyədə uyğundur. Lakin bugünki şəraitdə ona ehtiyac yoxdur”.