Top.Mail.Ru
bannerƏYALƏT

TƏCİLİ! Sülhməramlılar erməniləri Kəlbəcər və Xocavəndə DAŞIYIR – RƏSMİ

“Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir”.

KAİM.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin Dağlıq Qarabağ münaqişəsi zonasında Rusiya sülhməramlı kontingentinin mayın 3-nə olan fəaliyyəti ilə bağlı məlumatında deyilir.

“İyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyəti izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər.

Atəşkəs bütün təmas xəttində müşahidə olunur.

Rus sülhməramlıları vətəndaşların təhlükəsiz hərəkətini və mülki infrastrukturun bərpasını təmin edirlər” – açıqlamada bildirilir.

Məlumata görə, 23 noyabr 2020-ci ildən bəri Humanitar Minalardan Təmizləmə Mərkəzinin mühəndis qrupları 2064 hektar ərazini, 632,3 km yolu, 30 sosial əhəmiyyətli obyekt daxil olmaqla 1733 yaşayış binasını partlamamış hərbi sursatlardan təmizləyib, 25 603 partlayıcı maddə aşkar edərək zərərsizləşdirilib.

Bildirilib ki, bu gün Rusiya sülhməramlı kontingentinin nümayəndələri Amaras (Xocavənd), Gəncəsər (Kəlbəcər) və Xudavəng (Kəlbəcər) monastırlarına 96 erməni zəvvarın müşayiətini təmin ediblər.

Qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq, səyləri koordinasiya etmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.

KAİNAT TV-NİN NOVRUZ ŞƏNLİYİ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button