Top.Mail.Ru
ƏYALƏT

SON DƏQİQƏ! Göyçə, Basarkeçər və Zərkənd mahalları ilə bağlı AZƏRBAYCANA ŞAD XƏBƏR

Sevan yox, Göyçə, Vardenis yox, Basarkeçər, Kut yox, Zərkənd…

“Son günlər Azərbaycanın kütləvi informasiya vasitələrində Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın səfər etdiyi sərhəd kəndinin adı erməni mediasına istinad olunaraq Kut kimi təqdim edilir. Bu, təkcə yanlış yox, həm də yaxın tariximizin təhrif olunmasıdır”.

KAİM.az xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Pərviz Səmədov deyib.

 

O bildirib ki, Göyçə mahalına daxil olan bu yerlər, yəni Göyçə gölünün tən ortasından Kəlbəcər, Gədəbəy, Daşkəsən istiqamətində olan torpaqlar Ermənistan Respublikası yaradılması üçün verilən ərazilərə heç “Batum müqaviləsi”ndə də aid edilməmiş, Azərbaycan torpaqları olaraq qalmışdı: “Həmin vaxt Sevan yox, Göyçə gölü vardı. Vardenis yox, Basarkeçər idi. Onu da deyim ki, ermənisiz bir bölgə idi. Hətta 1988-ci ilin dekabr ayınadək Basarkeçər rayonundakı 32 kəndin 30-u azərbaycanlılar idi. O zaman da Kut yox, Zərkənd adını daşıyırdı. Bundan əvvəl isə kəndin adı Zər-zivil olub. Kənd yeraltı və yerüstü zənginliklərinə görə bu adı daşıyıb. Zod qızıl mədəni ilə həmin kəndin arası cəmi 2 kilometrdir”.

Pərviz Səmədov bildirib ki, kəndin Azərbaycan üçün böyük strateji əhəmiyyəti olduğunu ermənilər yaxşı bilir: “Ermənilər onu da bilirlər ki, “Batum müqaviləsi”ndən sonra onlara aid edilməmiş bu yerlərin beynəlxalq hüquq prinsiplərinə zidd olaraq Ermənistana verilməsi də gündəmə gələ bilər. Ona görə də hay-küy qoparır, özlərini yerli sakin kimi qələmə verirlər. Hansı ki, Basarkeçər rayonunun digər kəndləri kimi, bu kənddə də 1988-ci ilədək 1 nəfər də erməni yaşamayıb. Kənddən hazırlanan reportajda  erməni deyir ki, kəndin 18 şagirdi var. 1988-ci ilədək həmin məktəbin şagirdlərinin sayı 1000-ə yaxın idi. 370 evdən ibarət kəndin evlərini, eyni Qarabağımızda olduğu kimi, dağıdıb, talayıb, xaraba qoyublar. Cəmi 70 ev qalıb, ya qalmayıb”.

“Kəndin müalicəvi bulaqlarının  –  “Soyuqbulaq’, “Su tökülən”, “Kalvayı sadıqlar”ın suyu insan orqanizmi üçün çox əhəmiyyətli idi. Tülkü təpəsi, Üçdaşlar, Çalmalı, Ayı mağarası isə Kəlbəcər rayonunun təhlükəsizliyi baxımından son dərəcə strateji əhəmiyyətə malikdir. Onu da deyim ki, SSRİ zamanından dağların altında hərəkət edən vaqonların yolları dağaltı əlaqələr yaradılaraq hərbi məqsədlər üçün istifadə oluna bilər. Məhz buna görə də Zərkəndin tarixini, hərbi, strateji əhəmiyyətini diqqətdə saxlamalı, əzəli və əbədi yurdlarımıza həssas yanaşmalıyıq”, – deyə Pərviz Səmədov əlavə edib. / moderator.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button