Top.Mail.Ru
ƏYALƏT

Şəhid və qazi ailələrini incidən icra başçısı HƏBS EDİLİR? – ARAŞDIRMA BAŞLANDI

Bir müddət əvvəl xəbər verərək bildirmişdik ki, Qarabağ Qaziləri və Şəhid Ailələrini incidən icra başçıları da, təəssüf ki, var və onlar barəsində ən sərt cəzaların görülməsi planlaşdırılır.

KAİM.az xəbər verir ki, bu barədə DİA.AZ-a yeni informasiya daxil olub və hökumətdəki mənbənin bildirdiklərindən belə aydın olur ki, hazırda rayon icra hakimiyyətlərinin rəhbərləri ilə bağlı ümumi araşdırma başlayıb.

“Artıq hansı icra başçısının hansı dərəcədə narazılıq yaratdığı müəyyən olunmaqdadır. İlkin qənaət budur ki, ən çox narazılıq yaradanı Qusara rəhbərlik edən Şair Alxasovdur”.

Mənbə iddia edir ki, Şair Alxasov da daxil olmaqla həmin icra başçıları ilə bağlı yekun qərar yaxın günlərdə rəsmən müşahidə olunacaq: “Həbslər belə gözlənilir…”

DİA.AZ-a danışan mötəbər mənbə iddia edir ki, Qusar İcra Hakimiyyətinin tabeliyindəki qurumlarla bağlı hüquqi araşdırmalar başlayıb.

“Bu araşdırmalara start verilibsə, deməli, Şair Alxasovun işi düyündədir və bilmək olmaz, bəlkə hüquq-mühafizə orqanlarının xüsusi əməıliyyatlarından biri elə Qusar RİH-də keçirildi… Hər şey ola bilər”.

Qeyd: İddia olunanlarla bağlı bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button