Top.Mail.Ru
ƏYALƏT

SON DƏQİQƏ! Qazaxın 7 kəndinin qaytarılacağı tarix BƏLLİ OLDU – Axır ki, AÇIQLANDI

“Qazax rayonundakı düşmən işğalı altında olan kəndlərimizlə bağlı vəziyyət bir qədər fərqlidir. Bu kəndlər bilavasitə Ermənistan torpaqları ilə əhatə olunub və həmin kəndlərin azad olunması daha çox diplomatik yollarla həyata keçirilməlidir”.

KAİM.az xəbər verir ki, politoloq Əlimusa İbrahimov Qazaxın işğal altındakı 7 kəndi ilə bağlı sitiuasiyanı Sfera.az-a şərh edərkən belə deyib.

O qeyd edib ki, bu kəndlərin azad olunması məqsədilə əraziyə ordu yeridilməsi ermənilər üçün Azərbaycana qarşı istifadə edə biləcəkləri bəhanə ola bilərdi: “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bu fakta cavabsız qala bilməz. Lakin bu, Azərbaycanın xarici təsirə məruz qalmasından ehtiyat edərək, öz torpaqlarının erməni işğalında qalması ilə barışacağı anlamına gəlmir. Sadəcə, o kəndlərin Azərbaycana qaytarılmasının zəruriliyi haqqında yetərincə təbliğat aparılmalıdır.

Bu torpaqların Azərbaycan ərazisi olduğu beynəlxalq birliyə də, elə Ermənistanın özünə də aydındır və mübahisə predmeti sayılmır. Ən revanşist erməni belə 7 kəndimizi işğal etdiklərini təsdiq edir və nə vaxtsa bu torpaqların geri qaytarılacağını başa düşürlər”.

Müsahibimiz bildirib ki, düşmən ölkədə baş tutacaq parlament seçkilərindən sonra Qazaxın 7 kəndinin qaytarılması da öz həllini tapacaq: “Sülh və danışıqlar yolu ilə alınarsa, bu, ermənilərin xeyrinə olacaq. Əks halda 7 kəndlə yanaşı, başqa hansı ərazilərin Azərbaycana çatacağı haqda qoy, onlar özləri düşünsünlər”.

Xatırladaq ki, Qazax rayonu Ermənistanla 168 km-lik sərhəd zolağına malikdir. İşğal olunan kəndlər: Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara Aşağı Əskipara və Xeyrimlidir.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button