Top.Mail.Ru

bannerƏYALƏT

Rusiya, Fransa və İran üçbucağında erməni maşası – TƏHLİL

Bu gün şər üçbucağı – Rusiya, Fransa və İran birlikdə, erməni maşası ilə üstümüzə gəlir.

Dağlıq Qarabağın işğalında dəstəkçi olan Moskva, işğal edilən ərazilər azad edilməyə başlar-başlamaz, şərtsiz atəşkəs edin deyir. İşğalçı ermənistana heç bir təzyiq etməyən və etmək istəməyən qüvvələr Azərbaycanı küncə sıxmağa çalışır. Qaçmasın deyə əsgərini zəncirləyən ermənistanın, bizimlə savaşmağa və ərazilərimizi işğal etməyə gücünün olmadığı halda bu “cəsarəti” hardan aldığı gün kimi aydındır.

Yeri gəlmişkən, dünyada öz dəqiqliyi ilə tanınan alman xalqının hökuməti, hansısa gözə görünməz qüvvənin təsiri ilə Ermənistan – Azərbaycan münaqişəsi ilə bağlı tez – tez fikir dəyişdirir. Maraqlıdır, bəlkə beynəlxalq hüquq və qanunlar alman ölkəsində günün saatlarına uyğun dəyişkəndir? İşğalçı ilə işğala məruz qalmış ölkəni eyni tutmaq ən böyük ədalətsizlik və beynəlxalq qanunlara hörmətsizlikdir. Hər bir şeyin adının olduğu kimi işğalçını və havadarlarını da öz adı ilə çağırmaq lazımdır. Bu gün Azərbaycana təziq edən hər bir ölkə işğalçı ermənistan qədər günahkar və qəsibkardır. Azərbaycan dövlətinin güclənməsini qəbul edə bilməyənlər işğalçı ermənistanı üstümüzə göndərirlər. Şər üçbucağı bizi işğalçının vasitəsi ilə sıxışdırıb sözə baxan və kölə etmək istəyir, eyni zamanda kimin əlinin kimin cibində olduğu bilinməyən, banklara borclu, boynu bükük, dərman, qida üçün xarici ölkələrə möhtac Azərbaycan yaratmaq planlayır. Ağrılı aclı bu günlərimizdə qardaş Türkiyə gərəkən dəstəyi verir və qardaşlığın necə və nə olduğunu dünyaya sübut etdirir. İmperalist fars molla rejiminin işğalçı ermənistana göstərdiy dəstəy onun kimliyini bir daha sübut edir .

Beləki, nasist fars rejimi türkə, türk dövlətinə tarixən düşmən olmuş və bu gün də öz mənfur düşmənçiliyini aparır. B u arada özünü ana müxalifət adlandıran qüvvələr ayrı seçkilik yaratmaqla baş qarışdırıb hakimiyyətə gələcəyini düşünür. Həmçinin dünyanı yenidən dizayn etmək üçün yaradıldığı iddia edilən virus və işğalçı ermənistanla savaşan Azərbaycanı üç ölkə “yenidən necə əl altı” edərik deyə çalışır. Torpaqlarımızı illərdir işgal altında saxlayan ermənistanının hücumunun arxasında “şər üçbucağının” məqsədi boğazımıza qəssab bıçağını söykəməkdir. Bütün bunlara baxmayaraq biz ali baş komandana inanır və güvənirik.

Qələbəmiz uzaqda deyil. Biz qalib gələcəyik. Qarabağ Azərbaycandır! Zəfər Azərbaycanındır!

Kainat analitik informasiya mərkəzi

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button