Top.Mail.Ru
ƏYALƏT

SON DƏQİQƏ! Azərbaycan müstəqilliyinin 30-cu ili Xankəndində QEYD EDİLƏCƏK? – Festival ELAN EDİLDİ

Bu gün sosial şəbəkələrdə Xankəndi şəhərində oktyabrın 18-də keçirilməsi nəzərdə tutulan Musiqi Festivalı ilə bağlı event yaradılıb.

KAİM.az xəbər verir ki, “Xankəndində Musiqi Festivalı | Müstəqilliyin 30-cu ili” adlı səhifə bununla bağlı vətəndaşlara müraciə edərək, onlardan daha çox paylaşım etmələrini istəyib.

Səhifədə yazılır: “Hörmətli vətəndaşlar, Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 30-cu ili münasibətilə, işğaldan azad olunmuş Xankəndi şəhərinin Azərbaycan Bayrağı Meydanında keçiriləcək Musiqi Festivalına dəvət edilirsiniz! Musiqi Festivalı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı və erməni icmalarının birgə təşkilatçılığı ilə həyata keçiriləcəkdir!”

Daha sonra səhifə çıxış etmək istəyən musiqiçilər və mədəniyyət nümayəndələrinin onlarla əlaqə saxlamalarını xahiş edib. “Tədbirdə iştirak ödənişsizdir! Dostlarınızı event-ə dəvət etməyi unutmayın!”

Qeyd edək ki, belə bir tədbirin təşkili, keçirilməsi ilə bağlı rəsmi olaraq heç bir məlumat yoxdur.

/ jamaz.info

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button