Top.Mail.Ru

ƏYALƏT

Mingəçevir Dövlət Universitetinin kafedra müdiri Azərbaycanın haqq mübarizəsində iştirak edir

Azərbaycanın tarixi torpaqlarının düşmən işğalından azad olunması istiqamətində aparılan Vətən müharibəsinə Mingəçevir Dövlət Universitetinin (MDU) bir neçə əməkdaşı və məzunu da qoşulub.

Universitetdən Kainat.tv-yə bildirilib ki, MDU-nun Həmkarlar İttifaqı Komitəsinin (HİK) üzvləri MDU-nun kafedra müdirinin ailə üzvlərini ziyarət ediblər. Görüşdə Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən uğurlu hərbi əməliyyatların xalqımız tərəfindən böyük sevinclə qarşılandığı qeyd olunub. Hazırda yaşından, mövqeyindən və statusundan asılı olmayaraq hər kəsin erməni işğalına son qoyulması məramına xidmət edən haqq mübarizəsinə həvəslə qoşulması diqqətə çatdırılıb.

MDU-da mütəxəssis hazırlığında fəal iştirak edən kafedra müdirinin erməni terroruna qarşı mübarəzədə də ön sıralarda olmasının kollektiv üzvlərində fəxarət hissi yaratdığı bildirilib. Azərbaycan silahlı qüvvələrinin əldə etdiyi qələbələrin önəminin vurğulandığı görüşdə işğal altında olan torpaqlarımızın tezliklə azad olunacağına əminlik ifadə olunub.

Loading...
Yazının davamı reklamdan sonra

MDU-nun kafedra müdirinin ailə üzvləri göstərilən diqqətə görə ölkə rəhbərliyinə və universitetin kollektivinə təşəkkür ediblər.

Qeyd edək ki, kafedra müdiri ilə bərabər MDU-nun bir neçə müəllimi və texniki əməkdaşı da hazırda ön cəbhədədir.

Kainat.tv

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button