Top.Mail.Ru

ƏYALƏT

Xocavənddə silah arsenalı aşkar edilib

İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə keçirilən profilaktiki tədbirlər nəticəsində xeyli sayda silah aşkarlanıb.

KAİM.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupunun yaydığı məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş növbəti tədbirlər zamanı rayonun işğaldan azad edilmiş ərazilərindəki tərk edilmiş hərbi mövqelərdən dörd avtomat, bir tank əleyhinə raket qurğusu, bir AQS-17 qurğusu, 41 müxtəlif növ əl qumbarası, 14 müxtəlif növ partladıcılar, 30 avtomat darağı, 4 600 müxtəlif çaplı patronlar və digər döyüş sursatları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Yazının davamı reklamdan sonra

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button