Top.Mail.Ru

ƏYALƏT

Azərbaycanlı analardan erməni analarına çağırış

Azərbaycanlı analardan erməni analarına çağırış: “Biz öz torpaqlarımız üçün mübarizə aparırıq. Bəs sizin övladlarınız hansı vətən uğrunda vuruşur?”

Ermənistanın oktyabrın 11-də atəşkəsi pozaraq raketlə vurduğu Gəncədəki yaşayış məntəqələrində yaralanan uşaqların anaları Anadolu Agentliyinə müsahibə verib.

KAİM,az xəbər verir ki, həmin gecə yaşananlardan danışan Gəncə sakini Nüşabə Heydərova bu sözləri qeyd edib: “Uşaqlarımızı öz əllərinizlə dağıntıdan çıxardıq, çoxlu qan itirmişdi.Uşaqlar günahsız, hər şeydən xəbərsizdirlər.Biz heç bir ananın gözü yaşlı qalmasını istəmirik. Mən erməni analarına səslənirəm uşaqlarınızı savaşa göndərməyin. Bizim övladlarımın öz torpaqları üçün mübarizə aparır, bəs sizin övladlarınız hansı torpaq uğrunda vuruşur? Ayılın, övladlarınızın müharibəyə getməsinə maneə olun”

Loading...
Yazının davamı reklamdan sonra

3 yaşlı nəvəsi yaralanan Elmira Qurbanova Qarabağ ərazilərinin Azərbaycana məxsus olduğunu xatırladaraq: “Torpağımızı ələ keçirdilər. Xocalıda və digər bölgələrdə qadınlara, uşaqlara və kişilərə qarşı vəhşiliklər edildi. Bu gün isə dinc sakinlərə raketlər atırlar. Bilməlidirlər ki, bu gün uşaqlarımızın başına gələnlər sabah onların da başına gələ bilər”

Müharibənin heç kimə faydası olmadığını söyləyən Qurbanova, erməni analarına uşaqlarını Qarabağdan çəkmələrini və torpaqları sülh yolu ilə geri qaytarmalarının lazım olduğunu söyləyib.

 

Şəbnəm Zahir

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button