Top.Mail.Ru

ƏYALƏT

Ermənilər TƏLAŞDA: ​Sərhəd kəndləri boşaldılır…

Ermənilərin Azərbaycanla sərhəddə törətdiyi təxribatlar özlərinə baha başa gəlir.

KAİM.az xəbər verir ki, Kəlbəcər-Göyçə sərhədində dünəndən başlayan gərginlik bölgədə yaşayan ermənilər arasında böyük təlaş yaradıb.

Kəlbəcərlə sərhəddə yerləşən erməni kəndlərinin sakinləri bu gecə kəndləri tərk edərək Basarkeçər rayonunun mərkəzinə və ya Ermənistanın başqa rayonlarına yollanıblar.

Loading...
Yazının davamı reklamdan sonra

Yerli sakinlərin mediaya bildirdiyinə görə, əsasən, qadınlar, qocalar və uşaqlar bölgədən təhlükəsiz yerlərə çıxarılıb.

“Elə yerlər var ki, kənd tamamilə boşaldı bir gecədə. Çünki silah səsləri evimizin içində eşidilir. Azərbaycan hərbçilərinin əks hücumu qəfil başladı. Sanki, ildırım çaxırdı. Belə bir şəraitdə bu kəndlərdə yaşamaq və təsərrüfatla məşğul olmaq mümkünsüz görünür”- deyə kənd sakini bildirir. \ manset.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button