Top.Mail.Ru

ƏYALƏT

Rayon rəhbərliyindən narazı olan şəhid atası ölkə başçısına MÜRACİƏT ETDİ – ŞİKAYƏT

Göyçay rayon Üngütlü kənd sakini, şəhid atası İlyas Şirməmməd oğlu Nadirov KAİM.az-a elektron poçt vasitəsilə müraciət ünvanlayıb. Müraciətində şəhid atası rayon rəhbərliyindən narazı olduğunu, onu get-gələ salaraq süründürdüklərini bildirib:
“Göyçay rayonunda özbaşınalıq baş alıb gedir. Rayonda həll edilməyən problemlərə görə sakinlər çox əziyyət çəkirlər.
Mən Vətən müharibəsində şəhid olmuş Fərid Nadirovun atasıyam. Fərid mənim yeganə övladım idi. İçməli suyun olmamasına görə çox əziyyət çəkirəm. Hansı ki, kənddə həmişə bol suyu olan evimə yaxın artezian quyusunda su yoxa çıxıb. Evimdən təxminə 800 metr aralıda olan artezian quyusundan su gətirib işlədirik. Buna görə çox əziyyət və zülm çəkirəm.
Su probleminin həll edilməsi üçün bir neçə dəfə Göyçay rayon İcra Hakimiyyəti başçısına, Göyçay rayon Su Kanal İdarəsinin rəhbərliyinə müraciət etmişəm. Ancaq hər dəfə mənə problem tezliklə həll ediləcək deyə-deyə məni aldadıblar.
Mən illər öncə ehtiyatsızlıq ucbatından ağacdan yıxılmışam. Nəticədə sağ qolum sınmışdır. Həmin qolum tam olaraq normal fəaliyyət göstərmədiyindən sınıq qolla su daşımaq mənim işimi daha da ağırlaşdırır. Hər gün əziyyətlə su daşımaqdan narahat oluram, çox əziyyət çəkirəm. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdən və Birinci vitse-prezident Mehriban xanım Əliyevadan kömək istəyirəm.
Hörmətli Prezident, hörmətli Mehriban xanım, göydə Allaha, yerdə ancaq sizə ümüd edərək xahiş edirəm ki, su problemimin həll edilməsində mənə köməklik göstərəsiniz.”
Əlaqə telefonum: (051)  732-23-18

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button