Top.Mail.Ru

ƏYALƏT

Yardımlı Rayon İcra Hakimiyyətindən şəhid qardaşının müsahibəsi ilə bağlı TƏKSİB

18 avqust 2021-ci il tarixdə “Demokratik TV” internet kanalında rayonun Köryədi kənd sakini Kamil Baloğlanovun dəfələrlə RİH başçısının müavini Əfsanə Məmmədovanın qəbulunda olmasına baxmayaraq şəhid qardaşı Yusif Baloğlanova fərdi yaşayış evinin tikilməməsi barədə video-material yayılmışdır.

Yardımlı Rayon İcra Hakimiyyətindən KAİM.az-a verilən məlumatda bildiririk ki, video-materialda adı qeyd olunan şəhid Yusif Baloğlanovun valideyinləri RİH-də ev növbəsinə alınmış və adı siyahıda 11-ci yerdədir. Şəhid ailələrinə ev tikilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Naziliyin tərəfindən həyata keçirildiyi üçün bu məsələ RİH-nin səlahiyyətləri xaricindədir.

Əlavə olaraq bildiririk ki, Video-materialda çıxış edən şəhidin qardaşı Köryədi kənd sakini Baloğlanov Kamil Mirzəsən oğlu 2013-cü ildə fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin verilməsi ilə bağlı RİH-nə müraciət etmiş və ona “Kilağori” adlı sahədən 0.07 ha torpaq sahəsi verilmişdir.

Loading...
Yazının davamı reklamdan sonra

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button