Top.Mail.Ru

ƏYALƏT

AZAL “Füzuli” aeroportu ilə bağlı AÇIQLAMA YAYDI – FOTO

“Füzuli” Beynəlxalq Hava Limanında radiotexniki vasitələrin hazırlığı yoxlanılır.

KAİM.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Bildirilib ki, 20-25 avqust tarixlərində “Füzuli” Beynəlxalq hava limanınında müntəzəm reyslərin yerinə yetirilməsi məqsədilə radiotexniki vasitələrin hazırlığının yoxlanılması üçün xüsusi hava gəmisi ilə uçuşlar həyata keçirilir.

Loading...
Yazının davamı reklamdan sonra

Yoxlama ATR 42-500 biznes sinif təyyarəsinə quraşdırılmış Aerodata AD-FIS-112 uçuş müfəttişliyinin tam avtomatlaşdırılmış kompleksinin tətbiqi ilə gündəlik olaraq həyata keçiriləcək.

Qeyd edək ki, AFIS (Aero Flight Inspection System) – hava limanlarında enmə vasitələrinin və yerüstü radionaviqasiya sistemlərinin yoxlanılması üçün istifadə olunan müasir tam avtomatik uçuş nəzarət sistemidir.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button