Top.Mail.Ru

ƏYALƏT

İsmayıllıda dayanma-durma qaydalarını pozan sürücülər inzibati məsuliyyətə CƏLB EDİLDİ – FOTO

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən şəhərin müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, 2-ci cərgədə nəqliyyat vasitələrini saxlayan sürücülərin aşkarlanması məqsədilə nəzarət-profilaktik tədbir keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən KAİM.az-a məlumat verilib.

Bildirilib ki, keçirilən tədbir zamanı həmin qayda pozuntularına yol verən sürücülər polis əməkdaşları tərəfindən müəyyən olunub. Onların barəsində cərimə protokolları tərtib olunub.

Loading...
Yazının davamı reklamdan sonra

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button