Top.Mail.Ru

bannerƏYALƏT

İşğaldan azad edilən ərazilərimiz — TAM SİYAHI

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində noyabrın 4-dək 4 şəhər, 3 qəsəbə və 199 kənd işğaldan azad edilib. İndiyədək Cəbrayıl şəhəri və rayonun 77 kəndi, Füzuli şəhəri və rayonun 30 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd qəsəbələri və 46 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 20 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 23 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində strateji yüksəkliklər azad olunub.

KAİM.az düşmən işğalından azad olunmuş şəhər, qəsəbə və kəndlərimizin siyahısını təqdim edir:

 

Loading...
Yazının davamı reklamdan sonra

27 sentyabr

 

Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri

Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri

Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər

 

3 oktyabr

 

Tərtər rayonunun Suqovuşan və Talış kəndləri

Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy, Quycaq kəndləri

Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi

 

4 oktyabr

 

Cəbrayıl şəhəri və rayonun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu, Cəfərabad kəndləri

 

5 oktyabr

 

Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndləri

 

9 oktyabr

 

Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sur kəndi

Cəbrayıl rayonunun Qaracallı, Süleymanlı, Əfəndilər və Qışlaq kəndləri

Füzuli rayonunun Yuxarı Güzlək, Görəzilli kəndləri

Tərtər rayonunun Çaylı kəndi

 

14 oktyabr

 

Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu kəndləri

Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndləri

 

15 oktyabr

 

Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri

Füzuli rayonunun Arış kəndi

Cəbrayıl rayonunun Doşulu kəndi

 

16 oktyabr

 

Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri

 

17 oktyabr

 

Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri

 

18 oktyabr

 

Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırıldı

 

19 oktyabr

 

Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri

 

20 oktyabr

 

Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri

Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri

Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri

Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Noraşen), Çinarlı (Vəng) kəndləri

 

21 oktyabr

 

Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri

Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Hacılı, Tinli kəndləri

Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndləri

 

22 oktyabr

 

Zəngilan rayonunun Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi

Cəbrayıl rayonunun Sirik, Şıxlar, Məstalıbəyli, Dərzili kəndləri

Füzuli rayonunun Mollavəli, Yuxarı Rəfədinli, Aşağı Rəfədinli kəndləri

 

23 oktyabr

 

Xocavənd rayonunun Dolanlar və Bünyadlı kəndləri

Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı və Veysəlli kəndləri

Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndləri

Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndləri

 

25-26 oktyabr

 

Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd kəndləri

Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər kəndləri

Qubadlı rayonunun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndləri və Qubadlı şəhəri.

 

28 oktyabr

 

Zəngilan rayonunun Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli kəndləri

Füzuli rayonunun Mandılı kəndi

Cəbrayıl rayonunun Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac kəndləri

Qubadlı rayonunun Qiyaslı, Əbilcə, Qılıcan kəndləri.

 

30 oktyabr

 

Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı kəndləri

Zəngilan rayonunun Aladin, Vejnəli kəndləri

Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndləri.

 

2 noyabr

 

Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq kəndləri

Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ kəndləri

Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndləri.

 

4 noyabr

 

Cəbrayıl rayonunun Mirək, Kavdar kəndləri

Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli kəndləri

Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndləri.

(Yenisabah.az)

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button