Top.Mail.Ru
ƏYALƏT

Salyan icra hakimiyyətindən İTTİHAMLARA CAVAB

Sosial şəbəkədə Vətən Müharibəsi şəhidinin Salyan rayonunda şəkli əks olunan löhvəsindəki bayrağın cırılması haqda məlumat yayılıb və bununla bağlı yerli icra orqanları ittiham olunub.

KAİM.az Bolgexeber.com-a istinadən bildirir ki, pis hava şəraitində ,məsələn çox küləkli havada bayrağın müəyyən təsirə məruz qalması təbiidir və amma bu o anlama gəlmir Salyan icra hakimiyyəti  belə hallara laqeyd yanaşır.Əksinə, Salyan icra hakimiyyəti bu cür məsələlərə çox həssaslıqla yanaşır.
Yerli icra orqanları bu kimi hallarda tez bir zamanda tədbir görür və yaranan problemləri aradan qaldırır. Bu baxımdan Salyanda məsul şəxsləri laqeydlikdə günahlandıraraq , bunu ictimailəşdirmək heç də ədalətli yanaşma deyil.
Salyan icra hakimiyyəti şəhidlərin əziz xatirəsini daim uca tutur və onların ruhuna ehtiramla yanaşır.  
Salyan icra hakimiyyətindən Bolgexeber.com-a bildirdilər ki, 100-dən çox şəhidi olan Salyanda şəhid ailələrinə göstərilən diqqət və  qayğı rəhbərliyin həyata keçirdiyi sosial siyasətin prioritet istiqamətlərindən birini təşkil edir. Bolgexeber.com-un əməkdaşları Salyanda olublar və məsələni araşdırıblar. Müəyyən edilib ki, bu kimi ittihamlar Salyan icra hakimiyyətinə qarşı aparılan qara piardır.


Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button