Top.Mail.Ru
ƏYALƏT

Xarici səyyahlar Şuşada – FOTO

Kommersiya təyinatlı sınaq uçuşu ilə ilk dəfə Qarabağa səfər edən xarici səyyahlar Ağdamdan sonra Şuşaya gəliblər.

Kaim.az xəbər verir ki, müxtəlif ölkələrdən olan 30-dan çox dünya şöhrətli beynəlxalq səyyahlar əvvəlcə Yuxarı Gövhərağa məscidində olublar. Qonaqlara məlumat verilib ki, 30 illik işğal dövründə dini abidələr, o cümlədən məscidlər erməni vandallığına məruz qalıb. Şuşa işğaldan azad olunandan dərhal sonra bu məscidlərdə təmir-bərpa işlərinə başlanılıb.

Beynəlxalq səyyahlar sonra qala divarları ilə tanış olublar. Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.

Xarici səyyahlar Cıdır düzündə də olub, buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər.

Mənbə
KAİM.AZ

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button