Top.Mail.Ru
ƏYALƏT

Media nümayəndələrinin Kəlbəcərə səfəri TƏŞKİL EDİLİB

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Kəlbəcər rayonuna kütləvi informasiya vasitələrinin nümayəndələri üçün media-tur təşkil olunub.

KAİM.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, bu ərazilərdə dislokasiya olunan hərbi hissələrdə xidmət edən hərbi qulluqçulardan müsahibələr götürülüb. Müsahibələr zamanı hərbi qulluqçularımız Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardan, döyüşlərdəki xatirələrindən danışıblar.

Kütləvi informasiya vasitələrinin nümayəndələri Kəlbəcər rayonu ərazisində yerləşən döyüş mövqelərində xidmət edən şəxsi heyətin sosial-məişət və xidmət şəraiti ilə tanış olublar. Hərbi qulluqçular onlar üçün yaradılan şəraitdən məmnunluqlarını ifadə ediblər.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button