Top.Mail.Ru

bannerƏYALƏT

SON DƏQİQƏ! Türkiyə Qarabağdakı yeni prosesi ELAN ETDİ – Ən çox Ermənistan QAZANACAQ

Cənubi Qafqazda çox fərqli proses gedir.

KAİM.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın ABŞ-da yaşayan Türkiyə vətəndaşları ilə görüşü zamanı deyib.

Loading...

O bildirib ki, ABŞ-dakı erməni lobbisi antitürkiyə əhval-ruhiyyəni öz kimliyinin bir hissəsinə çevirib:

“Ancaq indi erməni diasporunun bütün gücü, arqumentlərini üzərində qurduğu struktur dağılmaq üzrədir. Yəni Qafqazda Türkiyə-Ermənistan və ya türk-erməni münaqişəsi başa çatmaq üzrədir. Qarabağın işğaldan azad edilməsi və Azərbaycanın öz torpaqlarını qaytarması ilə orada tarixin yeni səhifəsi açılıb”.

İ.Kalın qeyd edib ki, Türkiyə və Ermənistan qarşılıqlı münasibətlərin normallaşması istiqamətində addımlar atır:

“Normallaşma prosesindən ən çox Ermənistan qazanacaq. Dənizlərə çıxışı olmayan, iqtisadi cəhətdən zəif olan Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırması həm siyasi, həm də iqtisadi baxımdan bu ölkəyə böyük töhfə verəcək”.

mənbə: Axar.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button