Top.Mail.Ru

ƏYALƏT

Azərbaycandan Xankəndi ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI – Qarabağ bölgəsində…

“Xankəndi şəhəri Qarabağ iqtisadi rayonuna daxildir və Azərbaycanın suveren ərazisidir. Ümumiyyətlə, işğaldan azad olunan ərazilərdə qazlaşdırma və digər infrastruktur işləri yalnız Azərbaycan dövləti tərəfindən aparıla bilər. Hazırda Xankəndi şəhəri təbii qazla təmin olunub”.

KAİM.az xəbər verir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov deyib.

Onun sözlərinə görə, Xankəndi şəhəri daxil olmaqla, Qarabağ iqtisadi zonası 1980-cı illərdə Azərbaycan dövləti tərəfindən qazlaşdırılıb: “Orada qaz infrastrukturu yaradılmışdı. Sonrakı işğal dövründə kommunikasiyaların böyük bir qismi ermənilər tərəfindən dağıdılmışdır, viran edilmişdir. Xankəndi şəhərinə gedən qaz xəttinin üzərində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən müəyyən təmir-bərpa işləri aparılıb. Nəzərdə tutulub ki, növbəti mərhələlərdə bütün bu ərazilərdə qaz infrastrukturu Azərbaycan dövləti tərəfindən daha ideal formada, müasir tələblərə cavab verməklə tam şəkildə yenidən qurulacaq. Həmin ərazilərdə çəkiləcək infrastrukturdan Azərbaycan vətəndaşları yararlana biləcəklər”.

Loading...
Yazının davamı reklamdan sonra

“Təbii qaz ödənişlərinin hansı formada aparılması nəzərdə tutulur” sualına cavab olaraq “Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev deyib ki, SOCAR “Azəriqaz” İstehsalat Birliyi Azərbaycanın istənilən ərazisində abonentlərə xidməti özünün vəzifə borcu hesab edir:

“Birlik sözügedən ərazidə forsmajor halın aradan qaldırılması ilə məşğuldur. Yəni əvvəlcədən planlaşdırlmamışdı ki, bu ərazilərdə hansı hadisə baş verəcək və bərpa olunacaq, bundan sonrakı proseslərdə qazın hansı tərəfdən veriləcəyi və ödənişlərin hansı formada olacağı müzakirə olunacaq. Hələ ki, farsmajor halın nəticələrini aradan qaldırılır. Bundan sonrakı proseslərin necə olacağı müzakirə predmeti olaraq qalır”.

104 Operativ Xismətə Xankəndidən qaz təminatında yaranmış fasilələrlə bağlı zənglərin daxil olmasına gəlincə, şöbə rəisi Xalidə Şimşək deyib ki, Qarabağ bölgəsindən zəng daxil olmayıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button